"Barselona"nın türk futbolçusu Arda Turan Çempionlar Liqasının 1/4 finalının püşkündə sabiq klubu "Atletiko" ilə düşmələri haqqında fikir bildirib.
Sportarena.az xəbər verir ki, türk yarımmüdafiəçi sabiq klubuna qarşı oynayacağı üçün həyəcanlı olduğunu vurğulayıb:
"Uzun müddətdir bu oyun haqda düşünürdüm. "Atletiko" ilə düşməyimizi istəyirdim. İşimiz çətin olacaq. Buna baxmayaraq, hədəfimiz finala adımızı yazdırmaqdır".