Messi Barselonada restoran açır

14:55 19 Mart 2016

Argentinalı ulduz futbolçu Lionel Messi yayda Barselona şəhərində restoran açacaq.

 

Sportarena.az xəbər verir ki, sahəsi 1000 m² olacaq restoranın adı Bellavista del Jardin del Norte olacaq.

 

Restoranın daxili kiçik şəhərcikə bənzəyəcək. Orada  bitkilər, kilsə, bərbər, mağaza, qəzet köşkü, bar sahəsi bir sıra digər maraqlı yerlər olacaq. Restoranda həmçinin kinoteatr da fəaliyyət göstərəcək. 


Digər xəbərlər

Xəbər xətti