Sabah “İnter”i qəbul edəcək “Xəzər Lənkəran” bu gün oyunöncəsi son məşqini keçirəcək.
Sportarena.az xəbər verir ki, komanda “Fırtınalar meydanı”nda saat 16:00-da məşqə çıxacaq.
Əsasən taktiki çalışmalardan ibarət olacaq və cəmi bir saat davam edəcək hazırlıq prossesiin ardından komanda özünün baza-otelində istirahətə çəkilərək oyunun başlama saatını gözləyəcək.
Qeyd edək ki, “Xəzər Lənkəran” Premyer Liqanın XXVI turu çəçivəsində martın 20-i saat 13:30-da "İnter"i qəbul edəcək.