"Dedim qorxma, irəli get, qol vuracaqsan"

00:47 19 Mart 2016

"Sumqayıt” azarkeşləri qələbə üçün çox darıxmışdı. Şükürlər olsun qələbə qazanaraq 3 oyunluq uğursuz seriyaya son qoyduq. Futbolçularımı qələbə münasibəti ilə təbrik etdim”.

Sportarena.az Sportal.az saytına istinadən yaydığı xəbərə görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abasov “Rəvan”a qalib gəldikləri oyundan (2:1) sonra deyib.

- İkinci hissəsinin sonlarında komanda müdafiə futbolu oynadı...

- İkinci hissədə futbolçulara hücumda az oynamağı tapşırdım. Külək amili də bizim oyunumuza təsir etdi. 

- İkinci qoldan bir neçə dəqiqə öncə Amil Yunanova nəsə dediniz. O, elə həmin anda qol vurdu...

- Dedim ki, qorxma, irəli get, qol vuracaqsan.


Digər xəbərlər

Xəbər xətti