"Neftçi” Azərbaycan Premyer Liqasının XXVI turu çərçivəsində qarşılaşacağı "Kəpəz” klubu ilə oyunun hazırlığını başa vurub. Komanda "Bakcell Arena”da məşq edib. Hazırlıq prosesini bu gün 79 yaşını qeyd edən "Neftçi”nin sadiq azarkeşləri də izləyiblər.