"Ümid edirəm ki, Messi və Ronaldo Çinə getməyəcəklər"

00:09 19 Mart 2016

La Liqanın prezidenti Xavyer Tebas İspaniya çempionatının ulduzlarının Çinə mümkün gedişi haqda fikirlərini bildirib. ESPN nəşrinin verdiyi xəbərə görə, primero rəhbəri bunları söyləyib:

 
"Messi və ya Ronaldonun Çinə getmək istəyinin olub-olmamasını onların özündən soruşmaq lazımdı.
 
Əlbəttə ki, mən bunun baş verməyəcəyinə ümid edirəm. Onlardan başqa da gedə biləcək ulduzların sayı kifayət qədərdi.
 
Bəli, Çin liqası çox inkişaf etməlidi. Lakin tədricən səviyyə xeyli artıb.Tərəqqi davam edərsə, bu liqa dünyanın ən güclülərindən biri olacaq.
 
Bunun hamımıza xyri olacaq. Belə ki,  birlikdə çalışmaqla inkişaf edə bilərik".


Digər xəbərlər

Xəbər xətti