"Qəbələ" "Qarabağ" üçün sabah başlayacaq

22:51 15 Mart 2016

Azərbaycan Premyer Liqasının XXV turunun “Zirə” ilə oyunundan (1:2) sonra iki günlük istirahətə buraxılan “Qəbələ” məşqlərini sabah bərpa edəcək. 

 

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Qırmızı-qaralar” martın 16-da bir araya gələrək “Qarabağ”la XXVI turun matçının hazırlıqlarına başlayacaq. 


Günün ikinci yarısında toplaşacaq komandamız axşam məşqini Qəbələ şəhər stadionunda gerçəkləşdirəcək. Roman Qriqorçukun yetirmələrinin hazırlığı tam heyətlə keçəcək. “Qırmızı-qaralar”ın qarşılaşmaya qədər hazırlıqları gündə bir dəfə olmaqla bu arenada baş tutacaq.


Xatırladaq ki, Topaz Premyer Liqasının XXVI turunun “Qarabağ”la oyunu martın 19-da keçiriləcək. Qəbələ şəhər stadionundakı matç saat 15:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti