"Real"ın futbolçusu Serxio Ramos "Las Palmas"la qarşılaşmada (2:1) fərqlənərək karyerasındakı qolların sayını 70-ə çatdırıb.
Sportarena.az xəbər verir ki, müdafiəçi künc zərbəsindən sonra başla topu rəqib qapıya göndərə bilib. Bu onun karyerasında başla vurduğu 27-ci qol oldu.
Bu göstəriciyə görə Ramos "Çelsi"nin kapitanı Con Terriyə çatıb. İspaniya millisinin üzvü başla daha bir qol vursa, rekordun tək sahibi olacaq.