30 oyuna çıxdı, müqaviləsi 1 il daha artdı

16:52 14 Mart 2016

"Sevilya"nın futbolçusu Ever Baneqa komandanın heyətində 30-cu oyununa çıxdığı üçün yeni müqavilə imzalayacaq.
 


Sportarena.az xəbər verir ki, "Vilyareal"la qarşılaşmada start heyətdə yarımmüdafiəçi mövsümdə 30-cu oyununu keçirib. Bu isə müqavilənin avtomatik olaraq daha bir illiyinə uzadılması deməkdir. Bunun səbəbi isə, futbolçunun müqaviləsində olan bir bənddir. Belə ki, müqavilənin şərtində futbolçunun hər 30 oyuna çıxdığında, sözləşmənin 1 il daha uzadılacağı qeyd olunub.
 


Qeyd edək ki, bir müddət öncə futbolçunun "İnter" klubu ilə razılaşdığı bildirilmişdi. Futbolçunun "Sevilya" ilə müqaviləsinin müddəti 2017-ci ilin yayında bitəcək.


Digər xəbərlər

Xəbər xətti