Gəncə səfərində “Kəpəz”dən alıdığı 0:2 hesablı məğlubiyyətin ardından “Xəzər Lənkəran” sərbəst buraxılıb.
Sportarena.az xəbər verir ki, komanda martın 14-də və 15-də olmaqla, ardıcıl iki gün istirahət edəcək. Martın 16-da Çərşənbə günü doğma şəhərdə yenidən bir araya gələcək komanda növbəti günlər ərzində Lənkərandakı bazasında hazırlaşacaq.
Martın 19-də isə komanda paytaxta yollanaraq “İnter Arena” stadionun oyunöncəsi son məşqini keçirəcək.
Qeyd edək ki, “Xəzər Lənkəran” Premyer Liqanın XXVI turu çəçivəsində martın 2o-də səfərdə “İnter”lə qarşılaşacaq.(12cioyuncu.info)