Bu gün Azərbaycan Premyer Liqasında XXV tura start veriləcək.
Sportarena.az xəbər verir ki, bu gün keçirilən matçlardan 2-si paytaxtda olmaqla 5 qarşılaşma reallaşacaq.
Turun ilk oyunları saat 15:00-da start götürəcək. Kubok oyununda "Qəbələ" tərəfindən darmadağına məruz qalan "Zirə" klubu, məğlubiyyətin revanşını almaq niyyətindədir.
Günün digər matçı Gəncədə keçiriləcək. Kubokla vidalaşan "Xəzər Lənkəran" klubu "Kəpəz"in qonağı olacaq. Aralarında keçirilmiş 15 oyunun 11-də qələbə qazanan "Xəzər Lənkəran" klubu bu seriyanın davamını gətirmək niyyətindədir.
XXV tura Sumqayıtda yekun vurulacaq. Burada yerli "Sumqayıt" "Qarabağ"ı qəbul edəcək. Aralarındakı son 2 oyunda "Sumqayıt"ı məğlub edən Ağdam təmsilçisi bu oyunun da əsas favoriti sayılır. Matç saat 17:30-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda start götürəcək.
13 mart
Azərbaycan Premyer Liqası
XXV tur
15:00. “Qəbələ” – “Zirə” 1:2
Qollar: Aleksey Qay, 16, (1:0), Nelson Bonilla, 39, (1:1), Nelson Bonilla, 86, (1:2)
Hakimlər: Fariz Yusifov, Nahid Əliyev, Cavanşir Yusifov, Ramil Əhmədov
Qəbələ şəhər stadionu.
15:00. “Kəpəz” – “Xəzər Lənkəran” 2:0
Qollar: Tural Nərimanov, 48, (1:0), Tural Rzayev, (2:0)
Hakimlər: Rəvan Həmzəzadə, Munis Abdullayev, Vüsal Qənbərov, Ömər Paşayev
Gəncə şəhər stadionu.
15:00. AZAL – “Neftçi” 1:1
Qollar: Kamal Mirzəyev, 40, (1:0), Nikolas Kanales, 60, (1:1)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəhim Həsənov
AZAL Arena.
15:00. “İnter” – “Rəvan” 3:1
Qollar: Ruslan Tağızadə, 6, (0:1), Zurab Xizanaşvili, 8, (1:1), Mirsahib Abbasov, 18, (2:1), Ruslan Əmircanov, 21, (3:1)
Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Kamran Bayramov, Xəlil Xəlilov
“İnter Arena”.
17:30. “Sumqayıt” – “Qarabağ” 0:2
Qollar: Dani Kintana, 14, (0:1), Migel Madera, 17, (0:2)
Hakimlər: İnqilab Məmmədov, Elman Musayev, Rahil Ramazanov, Mahir Məmmədov
Sumqayıt şəhər stadionu.