İbrahimoviç "Milan"a gedəcək?

14:20 11 Mart 2016

İbrahimoviç karyerasını "Milan"da davam etdirə bilər.


Sportarena.az xəbər verir ki, mövsüm sonunda PSJ ilə müqaviləsi bitəcək olan 34 yaşlı futbolçu, gələcək karyerasını harada davam etdirəcəyinə ailəsinin qərar verəcəyini bildirib. Futbolçunun həyat yoldaşı onun Milana qayıtmasını istəyir. Lakin İbrahimoviçin  PSJ-dən sonra İngiltərədə, daha sonra isə ABŞ-da "Mayami" klubunda oynayacağı iddia edilir.


Xatırladaq ki, İbrahimoviç 2010/12-ci illərdə "Milan" klubunda çıxış edib.


Qeyd edək ki, cari mövsüm Fransa çempionatında  PSJ-nin heyətində 23 oyuna çıxaraq 23 qol vurub və 10 asist edib.


Digər xəbərlər

Xəbər xətti