"Real"ən qolkiperi Keylor Navas "Roma" ilə görüşdə də qapısını toxunulmaz saxlayıb.
Sportarena.az xəbər verir ki, dünən keçirilən matçda da qapısını toxunulmaz saxlayan qapıçı, artıq 658 dəqiqədir ki, qol buraxmır. Bu göstəriciyə görə kosta-rikalı qapıçı "Mançester Yunayted"in qolkiperi Edvin Van Der Sarın nəticəsini üstələyib. Holland qapıçının seriyası 657 dəqiqədən ibarət idi.
Qeyd edək ki, bu göstəriciyə görə 1-ci yerdə 853 dəqiqə qapısını toxunulmaz saxlayan alman qapıçı Yens Lemana qərarlaşıb.