Çerışev 1 ay yaşıl meydanlardan uzaq qalacaq

17:56 8 Mart 2016

"Valensiya"nın futbolçusu Denis Çerışev zədələnib.

Sportarena.az xəbər verir ki, "Real" klubunun icarə əsasında "Valensiya"da çıxış edən 25 yaşlı futbolçusu Çerışev La Liqanın XXVIII turunda "Atletiko" ilə görüşdə zədə alıb. Futbolçu matçın 61-ci dəqiqəsində zədələnərək əvəzlənib. Bu gün tibbi müayinədən keçə rusiyalı futbolçunun 1 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Qeyd edək ki, "Valensiya" - "Atletiko" matçı ev sahibi komandanın 3:1 hesablı məğlubiyyəti ilə başa çatıb.


Digər xəbərlər

Xəbər xətti