"Real" klubunun baş məşqçisi Zinəddin Zidan "Roma" ilə matç öncəsi keçirilmiş mətbuat komitəsində maraqlı açıqlamalarla yadda qalıb.
Sportarena.az xəbər verir ki, "Roma" ilə keçiriləcək oyundan danışan baş məşqçi sonda azarkeşlərin Ronaldonu fitə basılmasına da münasibət bildirib:
"Roma" çox yaxşı və güclü komandadır. Lakin mən öz komandam haqda düşünməyi daha üstün tuturam. Çətin oyun olacaq. Var gücümüzlə oynamasaq "Roma" bizi Çempionlar Liqasından uzaqlaşdıra bilər. Mən hər oyunu ən vacibi kimi dəyərləndirirəm.
Ronaldo yayda satılacaq? Buna mən yex deyərdim. Çünki o futbolçunu komandada görmək istəyirəm. O ki, qaldı onun fitə basılmasına , hər bir futbolçu karyerası ərzində bu mərhələdən keçir. Mən də bir futbolçu kimi bu mərhələdən keçmişəm , indi də məşqçi kimi keçirəm"