"Barselona" darmadağınla qazandı, Messi, Suares və Neymar 100-ə çatdı

21:56 6 Mart 2016

"Barselona" bu gün İspaniya La Liqasının XXVIII turunda növbəti oyununu keçirib.


Sportarena.az xəbər verir ki, ardıcıl 35 matçda məğlub olmayan Kataloniya klubu bu gün "Eybar"ın qonağı olub. 


"Barselona"nın açıq üstünlüyü şəraitində keçən oyun, yekunda Kataloniya klubunun 0:4 hesablı qələbəsi ilə başa çatıb.


Bu qələbə ilə "Barsa" məğlubiyyətsizlik seriyasını 36-ya çatdırıb. Bu nəticə ilə klub İspaniya La Liqasının rekordunu əlində saxlayır.


Bundan əlavə, matçda Lionel Messinin dublu, Luis Suares isə 1 qol ilə yadda qalıb. Bu qollarla da Messi, Suares və Neymar "üçlü"yü cari mövsüm ərzində çıxdıqları rəsmi oyunlarda vurduğu topların ümumi sayını 100-ə çatdırıb.


Qeyd edək ki, Neymar "Rayo Vallekano" ilə matçda sarı vərəqə alaraq cəzalı duruma düşdüyü üçün bu matçı buraxmalı olub.


Digər xəbərlər

Xəbər xətti