"Barselona"nın texniki direktoru Aryedo Brayda dünən keçirilən "Borussiya" - "Bavariya" (0:0) matçını stadiondan izləyib.
Sportarena.az xəbər verir ki, Kataloniya mətbuatının məlumatına görə funksioner "Borussiya"nın 3 futbolçusu Mats Xummels , Marko Roys və Yulian Vayqlı yaxından izləyib. Bir müddət öncə "Barselona" İlkay Gündoğanla da ciddi şəkildə maraqlanırdı.
Qeyd edək ki, Mats Xummelsin "Borussiya" klubu ilə müqaviləsi gələn il bitir. Digər iki futbolçunun isə Almaniya klubu ilə 2019-cu ilə qədər müqaviləsi var.