"Real"ın ulduz futbolçusu Kriştian Ronaldo "Selta" ilə matçda etdiyi pokerlə, "kral klubu"nun formasında 335-ci oyununda 350-ci qolunu vurub.
Sportarena.az xəbər verir ki, bu səbəbdən də klub prezidenti Florentino Peres portuqaliyalı forvarda xüsusi forma hədiyyə edib. Ronaldo bu qolla 253 qolla forvard Telmo Sarranı ötərək 2-ciliyə yüksəlib. Hazırda onu yalnız Lionel Messi qabaqlayır.
Qeyd edək ki, Ronaldo İspaniya çempionatında 250 qolu hamıdan tez vurmağı bacarıb.