Qari Nevil: "Valensiya" ilə yeni müqavilə aprel ayında müzakirə olunacaq"

23:30 5 Mart 2016

"Valensiya" klubunun baş məşqçisi Qari Nevil klubla müqaviləni uzadacağı barədə gəzən şaiyələrə fikir bildirib.


Sportarena.az xəbər verir ki, bu barədə açıqlama verən baş məşqçi yayılan məlumatları təkzib edib:

"Mən heç bir yeni təklif almamışam. Bunlar yalan məlumatlardır. Klub hal-hazırda mənimlə danışıqlara başlamayıb. Çox güman ki, klub mənimlə aprel ayının ilk həftəsində danışıqlara başlayacaq".

Qeyd edək ki, klub Qari Nevil ilə mövsüm sonunadək müqavilə imzalayıb.


Digər xəbərlər

Xəbər xətti