"Real"ın portuqaliyalı hücumçusu Kriştian Ronaldo bu gün "Selta" klubu ilə qarşılaşmada poker edib.
Sportarena.az xəbər verir ki, sözügedən qarşılaşmada 4 dəfə fərqlənən futbolçu İspaniya çempionatında 250-ci qolunu vurub. Bu göstərici ilə o, İspaniya çempionatında 3-cü ən çox qol vuran futbolçu kimi tarixə düşüb.
Bu cədvəlin ilk pilləsində 305 qolla "Barselona"nın ulduz futbolçusu Lionel Messi qərarlaşıb. İkinci pilləni isə 251 qolla "Barselona"nın əfsanəvi hücumçusu Telmo Sarah tutub.
Qeyd edək ki, Ronaldo bu qolları 228, Sarah 269, Messi isə 289 matçda vurub.