Madridin "Real" klubunun prezidenti Florentino Peres yayda vəzifəsindən gedə bilər.
Sportarena.az xəbər verir ki, F.Peres tezliklə prezident seçkiləri keçirərək vəzifəsini başqasına təhvil vermək niyyətindədir. Buna səbəb "kral klubu"nun cari mövsüm uğurlu çıxış etməməsi və azarkeşlərin komandadan narazı qalması göstərilir. Bu səbəblərə görə, onun qarşıdakı prezident seçkilərində namizədliyini irəli sürməyəcəyi bildirilir.