"Barselona"dan daha bir rekord

10:26 4 Mart 2016

İspaniya La Liqasında möhtəşəm oyun sərgiləyən "Barselona" klubu dünən "Rayo Vallekano"ya qalib gəlməklə əzəli rəqibi "Real"ın məğlubiyyətsizlik rekordunu qırıb.

Sportarena.az xəbər verir ki, dünən keçirilən matçda "Rayo Vallekano"ya 5:1 hesabı ilə qalib gələn Kataloniya klubu məğlubiyyətsizlik seriyasını 35-ə çatdırıb. Bu nəticə ilə "Barselona", 1988/89-cu illərdə "Real"ın rekordunu qırmış olub. Belə ki, "Real" sözügedən illərdə ardıcıl olaraq 34 oyun məğlubiyyətin nə olduğunu bilməmişdir.

Qeyd edək ki, "Barselona" İspaniya La Liqasında 35 oyun məğlubiyyətsiz oynayan ilk komanda kimi tarixə düşüb.


Digər xəbərlər

Xəbər xətti