Fevral ayında "Anji" klubunda baxışda olan Ukraynanın "Metallist" klubunun futbolçusu Yuri Tikaçuk "Atletiko" klubu ilə müqavilə imzalayıb.
Sportarena.az xəbər verir ki, bu barədə futbolçunun meneceri Maksim Karaqodin, şəxsi "instagram" hesabında şəkil paylaşıb. Ukraynalı yarımmüdafiəçinin Madrid klubu ilə neçə illik müqavilə imzaladığı bilinmir. Lakin onun "Atletiko"nun ikinci heyətində çıxış edəcəyi dəqiqdir.