"Atletiko" klubu yarımmüdafiəçisi Saul Niqezlə müqavilənin müddətini uzatmaq fikrindədir.
Sportarena.az xəbər verir ki, klub rəhbərliyi yarımmüdafiəçinin bu sezon nümayiş etdirdiyi oyundan çox razıdır. Bu səbəbdən futbolçuya müqaviləni uzatmaq təklif edilib. Lakin futbolçu müqaviləni uzatmaq barədə hələ razılıq verməyib. Buna səbəb isə futbolçu illik maaşının 5 milyon avro olmasını istəyir.
Qeyd edək ki, futbolçu İspaniya çempionatında "Atletiko" forması ilə 21 oyuna çıxıb, 3 qol və 1 asistlə yadda qalıb.