"Real"ın futbolçusu Kriştiano Ronaldo dünənki məşqdə komanda yoldaşlarından üzr istəyib.
Sportarena.az xəbər verir ki, bazar ertəsi keçirilən məşqdən əvvəl portuqaliyalı komanda yoldaşları ilə söhbət edib.
30 yaşlı futbolçu heç kimin xətrinə dəymək istəmədiyini və sadəcə olaraq fikrini düzgün ifadə etmədiyini vurğulayıb.
Komanda yoldaşları da bunu ciddiyə almadıqlarını qeyd ediblər.