"Qarabağ"ın əvəzedici heyəti ev oyunlarını Zirə Olimiya Kompleksində keçirəcək.
Sportarena.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunun ot örtüyü istifadəyə yararsız olduğu və gələcək Avrokubok matçlarının yüksək səviyyədə keçirilməsi üçün təmirə dayanıb. Bu səbəbdən sözügedən stadionda ev oyunlarını keçirən "Qarabağ"ın əvəzedici heyəti, stadion təmir olunanadək ev oyunlarını Zirə Olimpiya Kompleksində keçirmək məcburiyyətində qalıb.