"Real" klubunun baş məşqçisi Zinəddin Zidan, "Atletiko" ilə maçdan sonra Ronaldonun komanda yolaşları haqqında işlətdiyi ifadələrə fikir bildirib.
Sportarena.az xəbər verir ki, fransalı baş məşqçi açıqlamasında bu mövzünün artıq bağlandığını bildirib:
"Ronaldo bu barədə bizimlə söhbət edib. Bu söhbət artıq bağlanıb. Biz bu məsələnin onun və komanda üçün nə qədər önəmli olduğunu bilirik. Ona görə də, bu söhbətləri qabartmaq lazım deyil. Bizi qarşıda mühüm işlər gözləyir. Bu səbəbdən, baş verənləri unudub irəliyə doğru baxmalıyıq".