"Real"ın futbolçusu Kriştian Ronaldo komanda yoldaşlarından üzr istəyib.
Sportarena.az xəbər verir ki, futbolçu "Atletiko" ilə matçdan sonra açıqlamasında komanda yoldaşlarını aşağılayan ifadələr işlətdiyi üçün bu addımı atıb. Belə ki, 30 yaşlı futbolçu heç kimin xətrinə dəymək istəmədiyini və sadəcə olaraq fikrini düzgün ifadə etmədiyini vurğulayıb.
Komanda yoldaşları da bunu ciddiyə almadıqlarını qeyd ediblər.