"Real"ın yarımmüdafiəçisi cərimələndi

11:54 1 Mart 2016

"Real"ın yarımmüdafiəçisi Xames Rodriges 10400 avro cərimələnib. 


Sportarena.az xəbər verir ki, buna səbəb futbolçunun yol hərəkət qaydalarını ciddi şəkildə pozması olub. Belə ki, futbolçu təlim bazasına gedərkən avtomobilinin sürətini saatda 200 kilometrə yüksəldib və yol polisinin əmrinə tabe olmayıb.

Futbolçu daha sonra məşqə gecikdiyini və onu təqib edən polisi görmədiyi üçün belə bir hərəkət etdiyini bildirib.


Digər xəbərlər

Xəbər xətti