"Real"ın fransalı futbolçusu Kərim Benzema yenidən zədələnib.
Sportarena.az xəbər verir ki, futbolçunun bud nahiyyəsindəki zədənin tam bərpa olunmadığı üçün "Atletiko" ilə matçda meydanda sona qədər mübarizə apara bilməmişdi. Bu gün yenidən həkim müayinəsindən keçən futbolçunun ən azı 3 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
Onun Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda "Roma" ilə qarşılaşmanı buraxacağı da bildirib.
Qeyd edək ki, cari mövsümdə İspaniya La Liqasında "Real" forması ilə 20 matça çıxan Benzema 19 qol vurub və 2 asist edib.