"Barselona" klubu dünən "Sevilya"klubu qarşısında qələbə qazanaraq məğlubiyyətsizlik seriyasını 34-ə çatdırıb.
Sportarena.az xəbər verir ki, bu gözsərici ilə Kataloniya klubu əzəli rəqibi olan "Real"ın rekorduna çatıb. Belə ki, 1988/89 mövsümündə "kral klubu" ardıcıl olaraq 34 görüşdə məğlubiyyətin nə olduğunu bilməyib.
Qeyd edək ki, "Barselona" klubu məğlubiyyətsiz keçirdiyi son 34 görüşün 28-də qələbə qazanıb, 6-da heç-heçə edib.