Neymar "Barselona" ilə "nigah" yenilədi

22:33 28 Fevral 2016

"Barselona" klubu ulduz futbolçusu Neymarla müqaviləni yeniləyib.

Braziliyalı 2021-ci ilə qədər Kataloniya təmsilçisində çıxış edəcək. "Barsa" əzəli rəqibi "Real"ın israrla transfer etməyə çalışdığı futbolçusu ilə 2018-ci ildə başa çatacaq müqaviləsini üç il artırıb.

Neymar yeni müqavilənin şərtlərinə görə, indi daha çox qazanacaq. İndiyədək həftədə 250 min funt-sterlinq (təxminən 547 min manat) alan futbolçu bundan sonra həftədə 500 min funt-sterlinq (təxminən 1 milyon 9 min manat) qazanacaq.

Qeyd edək ki, 2013-cü ildə "Barselona"ya transfer olunan 24 yaşlı Neymar meydana çıxdığı 125 qarşılaşmada 77 qol vurub.

 


Digər xəbərlər

Xəbər xətti