Zinəddin Zidan: "Bizim üçün La Liqa artıq bitdi"

17:38 28 Fevral 2016

Dünən İspaniya La Liqasında keçirilən "Real" - "Atletiko" matçından sonra "kral klubu"nun baş məşqçisi Zinəddin Zidan maraqlı açıqlamalarla yadda qalıb.

Sportarena.az xəbər verir ki, "Atletiko"ya 0:1 hesabı ilə məğlub olduqları görüşdən sonra "Real"ın baş məşqçisi Zidan La Liqanın onlar üçün artıq bitdiyini vurğulayıb:

"Bundan sonra həm mənim üçün, həm də komandam üçün önəmli olan gələcək matçları fikirləşməkdir. Siz soruşmadan mən deyim, bizim üçün La Liqa artıq bitdi. Bu işlər həmişə çətindir. Dünən oyunçulara da dedim ki, bu matçı uduzsaq daha çətin olacaq. Amma buna baxmayaraq La Liqada çıxışımızı uğurla davam etdirməyə çalışacağıq".


Digər xəbərlər

Xəbər xətti