Millimizin üzvü 90 dəqiqə oynadı, komandası 3 xala sevindi

11:36 28 Fevral 2016

İspaniya II liqasında XVII turun oyunları keçirilib.

Sportarena.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Eddi İsrafilovun çıxış etdiyi "Kordoba" klubu doğma meydanda "Osasuna" ilə üz-üzə gəlib. 

Start heyətdə meydana çıxıb 90 dəqiqə mübarizə aparan millimizin üzvünün komandası yekunda 1:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, "Kordoba" geridə qalan turlarda topladığı 43 xalla 22 komanda arasında beşinci pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti