İspaniya La Liqasında "Atletiko"ya 0:1 hesabı ilə məğlub olan "Real"ın ulduz futbolçusu Kriştiano Ronaldo oyundan sonra məğlubiyyətdə komanda yoldaşlarını qınayıb.
Sportarena.az xəbər verir ki, portuqaliyalı futbolçu - "əgər hər kəs mənim səviyyəmdə olsaydı, birinci biz olardıq. Hər il mətbuat məni hədəf göstərir amma saylar və statistika yalan demir" -deyib.
Qeyd edək ki, məğlubiyyətdən sonra aktivində 54 xal olan "kral" klubu 3-cü pillədə qərarlaşıb.