Azərbaycan Premyer Liqasında mübarizə aparan komandaların əvəzedici heyətlərinin yarışında XXIII tura yekun vurulub.
Sportarena.az xəbər verir ki, əvəzedici heyətlərin çempionatının XXIII turunda "Qəbələ" doğma meydanda "Xəzər Lənkəran"ı qəbul edib. Matç ev sahibi komandanın 6:1 hesablı qələbəsi ilə başa çatıb.
"Qəbələ" - "Xəzər Lənkəran" 6:1
Qollar: Vadim Abdullayev, 29, 89; Roman Hüseynov, 43; Əli Əliyev, 46 (ö.q); Rövlan Muradov, 85; Ülvi İsgəndərov, 87 / Bayram Budaqov, 27