"Barselona"nın yarımmüdafiəçisi İvan Rakitiç mövsüm sonunda Madridin "Real" klubuna keçə bilər.
Sportarena.az xəbər verir ki, "kral klubu"nun nümayəndələri artıq xorvatiyalı futbolçu ilə danışıqlara başlayıb.
Xatırladaq ki, Xorvatiya millisinin üzvü olan Rakitiç 2014-cü ildə 14 milyon avro qarşılığında "Sevilya"dan "Barselona"ya transfer olunmuşdu.
Qeyd edək ki, o, cari mövsüm "Barselona"nın heyətində çıxdığı 41 oyuna 5 qol vurub və 4 asist edib.