İspaniya La Liqasının 31-ci turunda keçiriləcək "Barselona" - "Real" matçının vaxtı müəyyənləşib.
Sportarena.az xəbər verir ki, mövsümün ikinci "El-Klassiko"su aprelin 2-i Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.
Qeyd edək ki, sözügedən komandalar arasında bu mövsüm "Santyaqo Bernabeu"da keçirilən ilk matçda Kataloniya klubunun 4:0 hesabı ilə qalib gəlib.