Dünən Avropa Liqasının 1/16 final mərhələsində keçirilən "Atletik" - "Marsel" matçından (1:1) öncə xoşagəlməz hadisə yaşanıb.
Sportarena.az xəbər verir ki, oyundan öncə fan-klublar arasında yaranan qarşıdurma getdikcə böyüyərək kütləvi davaya çevrilib. Polisin baş verən davanı sakitləşdirməyə gücü çatmadığı üçün hadisə yerinə əlavə qüvvələr də cəlb olunub.
7 fanatın yaralandığı və 8-nin həbs edildiyi böyük qarşıdurma polisin havaya atəş açmasından sonra başa çatıb.