"Real"ın baş məşqçisi Zinəddin Zidan "Yuventus"un yarımmüdafiəçisi Pol Poqbanın xidmətlərindən istifadə etməkdə maraqlıdır.
Sportarena.az xəbər verir ki, "kral klubu" futbolçunu transfer etmək üçün artıq hazırlıq görür.
Məlumata görə Zidan artıq klub rəhbərliyinə Pol Poqbanı transfer etməsi üçün müraciət edib. Fransalı mütəxəssis klub rəhbərliyinə gələcəkdəki idealarını reallaşdırmaq üçün belə bir təcrübəli yarımmüdafiəçiyə ehtiyacı olduğunu bildirib
Qeyd edək ki, daha öncə Poqba ilə "Barselona", "Mançester Siti" və "Çelsi" klubları yaxından maraqlanırdı.