Hollandiya çempionatının XXIII turunda keçirilmiş "Groningen" - "Ajax" (1:2) qarşılaşmasından sonra polis meydan sahiblərinin 21 yaşlı azarkeşini saxlayıb.
Sportarena.az xəbər verir ki, həmin şəxs "Ajax" fanatlarının olduğu tribunaya racist şüarlar qışqırıb və faşist salamı göstərib. Polis azarkeşin bun davranışına görə üzr istədiyini bildirib. O, 525 avro cərimə ödəməli olacaq.