İspaniyanın Radio Internacional radiostansiyası katalon jurnalist Viktor Altadili işdən qovub.
Sportarena.az xəbər verir ki, "Real"ın "Qranada" ilə oyunundan sonra (2:1) jurnalist öz tvitter hesabında Madrid komandası haqda yazı yerləşdirib:
"Bəxtimiz gətirsə , Madridə "ağ zibili"daşıyan çarter reysində şassi açılmaz", – deyə Altadill yazıb.
Radiostansiya tənqid yağışını nəzərə alaraq jurnalisti işdən kənarlaşdırıb və dinləyicilərindən üzr istəyib.