Ardanın "Barselona"dan ayrılıb-ayrılmamasına aydınlıq gəldi

11:58 10 Fevral 2016

“Barselona”nın yarımmüdafiəçisi Arda Turanın meneceri futbolçunun Çin klubuna keçəcəyi barədə yayılan məlumatları təkzib edib.

Sportarena.az xəbər verir ki, menecer açıqlamasında belə bir təklifin olmadığını və Ardanın "Barselona"nı tərk etməyəcəyini bildirib:
“Belə bir təklif yoxdur.  Arda “Barselona”nı nə indi, nə də yayda tərk etmək fikrindədir”.

Qeyd edək ki, yayılan məlumatlara görə Çinin “Beyzsin Quoan” klubu "Barselona"ya türk futbolçu üçün 100 milyon avroluq təklif göndərib.


Digər xəbərlər

Xəbər xətti