"Barselona"nın futbolçusu Serxio Buskets maraqlı açıqlamaları ilə diqqət çəkib.
Sportarena.az xəbər verir ki, "Mançester Siti"ni çalışdıracaq Pep Qvardiolanın onu istəyəcəyi təqdirdə "Barselona"dan ayrıla biləcəyini deyib:
"Hər zaman dediyim kimi məni "Barselona"dan iki şəxs ayıra bilər. Biri həyat yoldaşım, digəri isə Qvardioladır. Karyeramda əldə etdiyim uğurları ona borcluyam. Təbii ki, Qvardiola ilə yenidən çalışmaq mənim üçün böyük şərəf olar. Lakin o mənim "Barselona"lı olduğumu bilir. Bu səbəbdən düşünürəm ki, Pep mənim "Barselona"dan ayrılmağımı istəməz".
Qeyd edək ki, Buskets 2008-2012-ci illərdə "Barselona"da Qvardiolanın rəhbərliyi altında çıxış edib.