"Real"ın futbolçusu Kərim Benzema İspaniya çempionatının 23-cü turunda "Qranada"ya qarşı oyunda (2:1) fərqlənməyi bacarıb.
Sportarena.az xəbər verir ki, forvard "kral klubu"nda 156-cı qolunu vuraraq Amansio Amaronu keçib və 10-cu yerə yüksəlib.
Qeyd edək ki, hazırda 9-cu yerdə 171 qolla "Real"ın direktoru Emilio Butragenodur.Ən yaxşı bombardir isə portuqaliyalı ulduz Kriştiano Ronaldodur.