"Real"ın müdafiəçisi Marselo zədələnib.
Sportarena.az xəbər verir ki, La Liqanın XXIII turunda "Betis"lə qarşılaşmada rəqib futbolçu ilə toqquşan müdafiəçinin çiyni çıxıb. Futbolçunun 3 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilir.
Qeyd edək ki, futbolçunun Çempionlar Liqasının 1/8 final mərhələsində "Roma"ya qarşı oyunda iştirak etməyəcəyi gözlənilir.