"Real"ın baş məşqçisi Zinəddin Zidan "Barselona"nın forvardı Neymarın oyun zamanı çoxlu fint etmə həvəsindən danışıb.
"Neymar haqqında çox şey deyə bilmərəm. O , yaxşı oynayır. Bəzi futbolçular onu xoşlayır , bəziləri isə yox. Bu da normal haldır. Bir sıra komandaların onun fintlərindən xoşlanmaması təbiidir. Lakin o , gözəl şoumendir. Belələrini azarkeşlər çox xoşlayır.
Vaxtilə mənim də fintlərim rəqib komandalar tərəfindən birmənalı qarşılanmırdı" — deyə Zidan qeyd edib.