"Atletiko" İspaniya çempionatının XXIII turunda "Eybar"la qarşılaşmada (3:1) qələbə qazana bilib.
Sportarena.az xəbər verir ki, Madrid komandasının qollarından birinin müəllifi Fernando Torres olub. O , 90-cu dəqiqədə rəqib komandanın qapısına yol taba bilib.
Bu qol 31 yaşlı futbolçu üçün "Atletiko"nun heyətində 295 oyuna 100-cü olub.