İspaniya La Liqasının XXII turunda "Barselona"ilə matçda Messiyə qarşı kobud oynayan "Atletiko"nun futbolçusu Felipe Luisin cəzası azaldılıb.
Sportarena.az xəbər verir ki, Messiyə qarşı sərt oynayaraq birbaşa qırmızı vərəqə alan futbolçuya 3 oyunluq cəza verilmişdi. Lakin "Atletiko"nun bu cəzaya etiraz etdiyi üçün İspaniya Futbol Federasiyası Arbitraj Komitəsi bu cəzanı 1 oyuna endirib.
Qeyd edək ki, "Barselona" - "Atletiko" matçı Kataloniya klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.