La Liqada klub prezidenti istefa etdi

13:36 4 Fevral 2016

İspaniyanın "Betis" klubunun prezidenti Xuan Olyero vəzifəsindən istefa edib.

Sportarena.az xəbər verir ki, mövsüm sonunadək kluba Pepe Melya rəhbərlik edəcək. Yeni təyinatı klubun idman direktoru Eduardo Masiya da təsdiqləyib.

Qeyd edək ki, "Betis" hazırda 22 xalla 14-cü pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti